HƏMAS terrorçu təşkilatlar siyahısından çıxarıldı
Bizi izləyin

Dünya

HƏMAS terrorçu təşkilatlar siyahısından çıxarıldı

Avropa Məhkəməsi Avropa Birliyi, ABŞ və İsraili qəzəbləndirəcək qərar çıxarıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, məhkəmə HƏMAS təşkilatının terror təşkilatları siyahısına salınması ilə bağlı Avropa Birliyinin məsləhət şurasının qərarını ləğv edib.

Bu barədə Avropa Məhkəməsinin bəyanatında deyilir.

Qeyd edək ki, HƏMAS Kanada, Avropa Birliyi, İsrail, Yaponiya və ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb. Avropa Birliyi HƏMAS-ı 2003-cü ildə terror təşkilatları siyahısına salıb. Təşkilatın fəaliyyəti həmçinin İordaniyada qadağan edilib.

Bundan əlavə, HƏMAS-ın hərbi qanadı olan "İzəddin əl-Kasam" Avstraliya və Böyük Britaniyada terror təşkilatlarının siyahısında yer alır.

“Həmas” İslam Müqavimət Hərəkatı 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl-Rantisi və Məhəmməd Taha tərəfindən Misirdə fəaliyyət göstərən “Müsəlman Qardaşlar” təşkilatının Fələstin qanadı olaraq qurulub. Təşkilat 1988-ci ildə açıqladığı platformasında Fələstini müstəqil bir dövlət və müsəlman ölkələrin əhatəsindəki dövlət olaraq görmək istədiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm