Dünya
Qorbaçovun Nobel mükafatından məhrum edilməsi tələb olunur
Yaxınlarını 1990-cı il yanvarın 20-də baş vrən qan hadisələrdə itirmiş 96 şəhid ailəsi və 230 nəfər 20 yanvar əlili də daxil olmaqla, 300-dən çox şəxs tərəfindən beynəlxalq ictimaiyyətə məktub ünvanlanıb.
Publika.Az-ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında millət
vəkili tibar Hüseynov məlumat verib.
O, özünün və “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadənin
təşəbbüsü ilə hazırlanmış məktubun keçmiş SSRİ prezidenti Mixail
Qobaçova verilmiş “Nobl” Süıh Mükafatının geri alınması məqsədi
daşıdığını bildirib.
Millət vəkili qeyd edib ki, məktubda konfransında İsveç və Norveç
krallarına, Norveç Nobel Komitəsinin sədrinə və Norveç
parlamentinə, Nobel ailəsinin üzvlərinə müraciət edilib.
Onun sözlərinə görə, müraciətdə hadisə barədə ətraflı məlumat
verilib, Nobel qardaşlarının Bakıdakı fəaliyyətlərinə diqqət
yönəldilib.
Milli Məclis üzvü vurğulayıb ki, həmişə öz tolerantlığı və
qonaqpərvərliyi ilə seçilən Bakı şəhəri 1990-cı ilin 20 yanvar günü
dünyanın xəbər gündəminə ağır faciə ilə gəlib:
“Həmin gün SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə hərbi texnika və
müxtəlif qoşun növləri heç bir xəbərdarlıq edilmədən şəhərə
yeridildi, azadlıq və demokratiya tələbi ilə dinc aksiya keçirən
vətəndaşlara qarşı amansız terror həyata keçirildi.
Bu hadisələr zamanı 131 nəfər öldürülüb, 744 şəxs yaralanıb, 328
nəfər əlil olub, 841 nəfər isə qanunsuz həbs edilib. Mixail
Qorbaçov Nobel mükafatının simvolizə etdiyi sülhpərvərlik və xoş
məramlılıq kimi ümumbəşəri dəyərləri kobudcasına pozub. M.Qorbaçmov
nəinki Bakıda, Tiflisdə, Vilnyusda, Alma-Atada da törətdiyi
cinayətlərə görə də, ovaxtkı dövlət başçısı və ali baş komandan
kimi məsuliyyət daşıyır.
Keçmiş SSRİ ərazisində əli yüzlərlə dinc və heç bir günahı olmayan
insanın qanına bulaşmış, milyonlarla insanı qaçqına çevirmiş Mixail
Qorbaçova “Nobel” Sülh Mükafatının verilməsi bu mötəbər mükafatın
adına bir ləkədir. Halbuki Nobel qardaşları Azərbaycan xalqının
yaddaşında xeyriyyəçi iş adamları kimi həkk olunub və onların təsis
etdiyi fon da mükafatı kimə verdiklərini araşdırmalıdır”.
E. Hüseynov əlavə edib ki, məktubla yanaşı, 20 yanvar hadisələrini
özündə əks etdirən video-çarx da adıçəkilən ünvanlara
göndərilib.
Publika.az
-
Magazin108:36
Aygün Kazımova fərqli obrazı ilə yenə təəccübləndirdi - FOTO
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ