Dünya
Özbəkistanda seçkilər başa çatıb
Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisin
Qanunvericilik Palatasına keçirilən seçkilər başa çatıb.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek
Abdusalamov seçkilərin ilkin yekunları ilə əlaqədar jurnalistlər
üçün keçirdiyi brifinqdə bildirib ki, ilkin məlumata görə, 20,7
milyon seçicinin 18 milyondan çoxu seçkilərdə iştirak edib. Bu da
seçicilərin 88 faizi deməkdir. O deyib ki, seçkiləri dünyanın
40-dan artıq ölkəsinin və beynəlxalq təşkilatların 300-dən çox
nümayəndəsi o cümlədən 70 min yerli müşahidəçi izləyib.
Ölkə üzrə 135 dairənin, 9035 seçki məntəqəsinin fəaliyyət
göstərdiyini deyən sədr hər dairədə orta hesabla 154 min seçicinin
səs verdiyini vurğulayıb.
Milli Məclis deputatları Eldar İbrahimov, Aydın Abbasov seçkiləri
Daşkənddə və Etibar Hüseynov isə Səmərqənddə izləyiblər.
Xatırladırıq ki, 2005-ci ildə Özbəkistanda ikipalatalı parlament
formalaşdırılıb. Parlamentin aşağı palatası-Ali Məclisin
Qanunvericilik Palatasında 150 deputat, yuxarı palata-Senatda isə
100 deputat fəaliyyət göstərir.
Sonuncu dəfə Ali Məclisə seçkilər 2009-cu ilin dekabrında
keçirilib.
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…