Dünya
Qohumlar arasında atışma: 1 ölü, 3-ü polis olmaqla 15 yaralı
Bir müddətdir ki, küsülü olan qohumlar aralarında olan münasibəti yoluna qoymaq, barışmaq üçün görüşsələr də bu, sonda ağır faciə ilə nəticələnib. Normal söhbət etdikləri zaman qəfil mübahisə yaranıb və qohumlar silaha əl atıblar. Nəticədə, 1 nəfər dünyasını dəyişib, 3-ü polis əməkdaşı olmaqla 15 nəfər ağır yaralanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ağsarayda Yeni Məhəllə 7866 küçəsində qeyd alınıb. Polisin məlumatına görə, 30 mart muxtarlıq seçkilərində aralarında anlaşılmazlıq yaşanan və nəticədə küsülü olan 2 qohum qrup barışmaq üçün görüşüblər. Lakin bir qədər sonra tərəflər arasında mübahisə yaranıb və onlar bir-birini dəyənəklə döyməyə başlayıblar. Daha sonra isə silah səsləri eşidilib. Qruplardan biri tüfənglə, digəri isə tapança ilə qarşı tərəfi susdurmağa çalışıb.
Hüquq mühafizə orqanlarının araşdırmaları nəticəsində bəlli olub ki, açılan ilk atəş 15 yaşlı Ali A.-nı hədəf alıb. O, yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, hadisə yerinə gələn polis əməkdaşları Adəm Çiftçi, Burhaneddin Bozqur və Mustafa Kıyaç da baş vermiş insident zamanı ağır yaralanıb. Bundan sonra olay yerinə çevik polis dəstəsi cəlb olunub və atışmada iştirak etmiş şəxslər saxlanılıb.
İlkin məlumatlara görə, hadisə zamanı 23 yaşlı Məhəmməd Y., 32 yaşlı Erkan A., 26 yaşlı Üçlər Y., 28 yaşlı Oruc Y., 28 yaşlı Şefket A., 29 yaşlı Savaş Y., 50 yaşlı Mensule A., 47 yaşlı Xədicə Y., 27 yaşlı Mustafa S., 37 yaşlı Ahmet K., 48 yaşlı Doğan A. və 31 yaşlı Ömər K. ağır yaralanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu