Dünya
Saakaşvili Gürcüstana qayıdacağı tarixi açıqladı
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili gələn il ölkəsinə qayıtmaq niyyətindədir.
Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Saakaşvili “Facebook” səhifəsində yazıb.
“Ad günüm ilə əlaqədar təbriklərə görə hamı sağ olsun. Gələn il Gürcüstanda görüşəcəyik", - keçmiş prezident qeyd edib.
Dünən Gürcüstanın sabiq prezidentinin 47 yaşı tamam olub. 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Georqi Marqvelaşvilinin inaqurasiyasından dərhal sonra ölkəni tərk edən Saakaşvili o vaxtdan vətənə qayıtmayıb.
Sabiq prezident 2005-ci ildə Gürcüstan parlamentinin deputatı olan Valeri Qelaşvilini döyməkdə, 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıtmaqda, “İmedi” telekanalının təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətini mənimsəməkdə, həmçinin dövlət büdcəsindən 5 milyon dollardan çox vəsaiti qeyri-qanuni xərcləməkdə ittiham olunur.
Tiflis şəhər məhkəməsi 2 avqustda Saakaşvili barəsində ehtiyat tədbir kimi qiyabi həbs hökmü çıxarıb. Saakaşvili isə iddiaların saxta və sifarişli olduğunu bildirir. |
Ömər Dağlı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı