Dünya
İtən Malaziya təyyarəsini ABŞ vurub - ŞOK İDDİA
The Independent nəşri sensasiyalı iddia ilə məqalə dərc
edib.
ANS PRESS-in məlumatına görə, qəzetin araşdırması və Fransa hava
yollarına aid Proteus Airlines-in keçmiş sədri Mark Dyuqenin
iddasına görə Malaysia Airlines-ə məxsus itən Boeing-i hind okeanı
səmasında ABŞ vurub və qəsdən bunu gizlədib.
Keçmiş sədr iddia edir ki, Malayziya Boeing-i “Hind okeanında
İndostandan 1600 kilometr, Maldivdən 500 kilometr aralıda olan
Dieqo-Qarsiya adasındakı ABŞ hərbi bazasının yanında qəzaya
uğrayıb.
Ekspert əlavə edib ki, bu ABŞ və qərb ölkələrin təyyarəni rəsmi
axtardığı ərazidən xeyli uzaqdır.
Bu Amerikanın nəyinə lazım idi? Axı orada ABŞ-nin gizli bazası
yerləşdirilib!
“Bu çox güclü bir hərbi bazadır. Təəcüblüdür ki, amerikalılar hava
laynerinin izini itiriblər. Təyyarənin sui-qəsd nəticəsi barədə
danışmadan ehtimal var ki, bu layneri amerikalılar saxlayıb” - deyə
Mark Dyuqen bildirir.
Dyuqen hesab edir ki, Müasir texnologiyalar əsrində 63 metr
uzunluğunda bir obyekti elə-belə itirmək mümkün deyil. Təyyarəni
yalnız qəsdən - dəlillərin gizlədilməsi üçün itirmək olar. Bundan
əlavə Fransa hava yollarının keçmiş başçısı qeyd edir ki, onda olan
məlumatlara görə ABŞ təhlükəsizlik xidməti təyyarənin terrorçular
tərəfindən oğurlandığı barədə şübhələnib. Buna görə də 11 sentyabr
hadisələri kimi hücuma məruz qalmamaq üçün onlar sadəcə təyyarəni
vurublar.
Xatırladaq ki, 2014-cü ilin 8 mart tarixində Malayziya hava
yollarına aid Boeing 777-200 təyyarəsi MH370 reysi yerinə
yetirərkən anidən radarlardan yoxa çıxıb. Bu vaxtdan etibarən
Beynəlxalq axtarışların elan edilməsinə baxmayaraq təyyarənin heç
bir izi tapılmayıb.
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf