Dünya
Ağır çəkili qadın ərini əzib öldürdü: 5 kişi onu qaldırmağa çalışsa da... - VİDEO
Portuqaliyada faciəli hadisə baş verib. Kişi evində bədbəxt hadisə nəticəsində ölüb. Arıq bədən quruluşlu 59 yaşlı kişi çəkisi 100 kq-dan çox olan 60 yaşlı arvadı tərəfindən əzilib.
Publika.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Yataqdan qalxan qadın ayağı büdrəyərək həmin vaxt yerdə uzanmış ərinin üzərinə yıxılıb. O, çəkisi çox olduğu üçün ayağa qalxa bilməyib və çarpayı ilə divar arasında qalıb. Qışqırıqları eşidən qonşular köməyə qaçsalar da, o vaxta qədər kişi huşunu itirib. Hadisə yerinə gələn fövqəladə halların əməkdaşları və tibb işçiləri onu həyata qaytara bilməyiblər.
Portuqaliyanın “Correio da Manha” qəzetinin məlumatına görə, beş kişi qadını ərinin üzərindən qaldırmağa çalışıb, amma bacarmayıblar.
Portuqaliya polisi cinayət motivini istisna edərək hadisəni təsadüfən boğulma kimi təsnif edib. İstintaqa yaxın mənbə qadının müvazinətini itirdiyini və bunun faciəyə səbəb olduğunu bildirib. Zərərçəkənə psixoloji yardım təklif olunub.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?

































