Dünya
Putinə qarşı “Üçlər ittifaqı”?
Xəbər verildiyi ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev 21-22 dekabr tarixlərində Ukraynaya səfər edərək həmkarı Pyotr Poroşenko ilə görüşdülər. Lukaşenko və Nazarbayev Kiyevdə Ukraynanın ərazi bütövlüyünə dəstək verdiklərini və Kremlin təcavüzkar ritorikası ilə razılaşmadıqlarını bildirən bir sıra bəyanatlar səsləndirdilər.
Moskvada isə dərhal mesaj verdi ki, yaranmış vəziyyətdən son dərəcə narazıdır. Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə sədri Aleksey Puşkov Lukaşenkoya ABŞ-la dostluq etməyə çalışan Səddam Hüseyn və Slobodan Miloşeviçin taleyini xatırlatdı.
Lukaşenko və Nazarbayevin Kiyevə səfərləri fonunda bir sıra ekspertlər və siyasətçilər Minsk-Astana-Kiyev üçbucağında yarana biləcək yeni anti-Putin ittifaqını şərh ediblər. Avroatlantik Əməkdaşlıq İnstitutunun elmi direktoru Aleksandr Suşko “Qordon" nəşrinə açıqlamasında bildirib ki, hazırda anti-Putin ittifaqının yaradılmasından söhbət getmir.
“Hazırda bu ölkələr çox zəifdir və Rusiya ilə əməkdaşlıqdan yayınmaq çətindir. Amma onlar göstərməyə çalışırlar ki, marionetka və yaxud da Putinin aləti deyillər. Nazarbayev və Lukaşenko özlərini Putinin cəlb etdiyi oyunda rahat hiss etmirlər. Görünür, birtərəfli ticari siyasət onları təmin etmir. Bu siyasət inteqrasiya qaydalarına uyğun deyil. Ticarət sahəsində Rusiyanın birtərəfli hərəkətləri prosesin yalnız suüstü hissədir. Nazarbayevlə Lukaşenko anlayırlar ki, Moskva geosiyasi hədəflərdə onlardan istifadə edir”, - Suşko dilə gətirib.
Ukraynalı jurnalisti və publisist Vitali Portnikov ümid edir ki, Ukrayna, Qazaxıstan və Belarus prezidentlərinin görüşləri Rusiyanın şovinist tendensiyalarına qarşı yönələn yeni ittifaqın başlanğıcı olacaq: “Ukrayna böhranı Rusiyanın maliyyə-iqtisadi sektorunda ciddi problemlərin yaranmasına gətirib çıxardı. Bu problemlər Belarus və Qazaxıstan üçün də ciddi nəticələr yaradacaq. Lukaşenko isə məhz birinci olaraq Vladimir Putinin ekspansiyasının təhlükəlilik dərəcəsini anladı və Ukraynanın ərazi bütövlüyünə tərəfdar çıxdı”.
"Sağ sektor" Partiyasının informasiya mərkəzinin rəhbəri Borislav Bereza hesab edir ki, Qazaxıstan və Belarus müəyyən zəmanətlər alacağı halda, Nazarbayev və Lukaşenko dərhal əks qərarları qəbul edə bilər.
Ömər Dağlı
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq