Donbasda vurulan “Boeing 777” barədə şok iddia
Bizi izləyin

Dünya

Donbasda vurulan “Boeing 777” barədə şok iddia

Amsterdam-Kuala-Lumpur istiqamətində hərəkət edən və 17 iyul tarixində Ukraynanın şərqində qəzaya uğrayan “Boeing 777” sərnişin təyyarəsi ilə bağlı yeni bir iddia irəli sürülüb.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə danışan gizli şahid təyyarənin Ukraynanın hərbi təyyarəsi tərəfindən vurulduğunu bildirib.

“Dnepropetrovsk rayonunun Aviatorsk kəndində oluram. Buradakı hava limanında hərbi təyyarələr və vertolyotlar olurdu. Vertolyotlar davamlı olaraq uçur və bombalayırdılar. Həmin gün “Su-25” hücum təyyarəsi Luqansk və Donetski bombaladı. Bu uzun bir müddət davam etdi. Günün ikinci yarısında – “Boeing 777”nin vurulmasına bir saat qalmış havaya 3 hərbi təyyarə qalxdı. Dəqiq vaxtı xatırlamıram. Təyyarələrdən biri “hava-hava” tipli AAM raketləri ilə təchiz edilmişdi. Bu “Su-25” təyyarəsi idi”, - gizli şahid deyib.

Onun sözlərinə görə, qısa bir müddət sonra təyyarələrdən biri qayıdıb, ikisi isə vurulmuşdu: “Yalnız raketlərin olduğu təyyarə geri qayıtdı. Amma raketlərsiz qayıtmışdı. Pilot qorxmuş halda idi. O, təyyarədən çıxarkən bu cümləni söylədi: “Bu həmin təyyarə deyildi”. Başqa bir pilot ondan bunu soruşdu: “Təyyarəyə nə oldu?” O, da belə cavab verdi: “Təyyarə lazım olmayan bir vaxtda və yerdə ortaya çıxdı”.

Mənbə hesab edir ki, “Su-25”in pilotu “Boeing-777”ni döyüş təyyarəsi ilə dəyişik salıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm