Dünya
Polislər narkotacirlərlə bağlı əməliyyat təşkil edərkən caşbaş qalıb
Polis əməkdaşlarının xüsusi təyinatlılarla birgə keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ələ keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Şöbəsi Esenlər Tuna məhəlləsində narkotik maddə satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat təşkil edib.
Polis vertolyotu, çevik güclər və xüsusi hərəkat qrupu da əməliyyata dəstək verib. Beləliklə, hüquq mühafizə orqanlarının əməkdaşları öncədən müəyyənləşdirilmiş 13 müxtəlif ünvana basqın təşkil edib. Nəticədə narkotik və psixotrob maddələrlə yanaşı, narkotik ticarətindən əldə olunmuş külli miqdarda pul ələ keçirilib. Eyni zamanda, 13 nəfər norkotacir də saxlanılıb.
Qeyd edək ki, sözügedən əməliyyat zamanı maraqlı hadisə də yaşanıb. Belə ki, basqın üçün gələn polis əməkdaşlarını binanın qarşısında görən bir nəfər şəxs əlinə «Qurani-Kərim»i alaraq evinin pəncərəsinə çıxıb.
O elə həmin andaca uca səslə dua və ayətlər oxumağa başlayıb. Bu isə öz növbəsində, narkotacirlərin yaxalanması istiqamətində tədbir keçirən polislərin bir anlıq caşbaş qalmasına səbəb olub. Lakin buna bamayaraq, polislər binaya daxil olub və əməliyyatı uğurla tamamlayıblar.
Vazeh
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO