Dünya
Roma Papasına sui-qəsd əmrini Xomeyni vermişdi?
İran Roma papası II İohann Pavelə sui-qəsddə dini lider ayətullah Xomeyninin iştirakını rədd edib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İranın Serbiya səfirliyi türkiyəli Mehmet Əli Ağcanın bəyanatını əsassız adlandırıb.
Qeyd edək ki, Mehmet Əli Ağca 1981-ci ildə II İohann Pavelin öldürülməsi üçün Xomeynidən əmr aldığını deyib. O, Serbiya telekanallardan birinə verdiyi müsahibədə “Mənə cənnəti vəd etdilər” kitabında qələmə aldığı iddiaları yenidən səsləndifrib. Mehmet Əli Ağca kitabında Roma Papasına sui-qəsdin arxasında Xomeyninin dayandığını yazmışdı.
“Xomeyni müxtəlif dinlərlə, xüsusən Roma Papası ilə çox yaxşı münasibətləri dəstəkləyirdi”, - səfirlikdən bildirilib.
Roma Papasına 13 may 1981-ci ildə uğursuz sui-qəsd edilib. Roma Papası qarnı və əlindən yaralanmışdı. 19 il İtaliyada həbsxanada olan Ağca 2000-ci ildə Türkiyəyə deportasiya edilmiş və 2006-cı ilə qədər həbsdə qalmışdı.
Ömər Dağlı
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi