Dünya
Qafqazda Bağdadiyə daha 2 biət: İŞİD bölgədə genişlənir – ŞOK
Şimali Qafqazda İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə daha iki radikal qruplaşma lideri biət edib.
Publika.az xəbər verir ki, Çeçenistanın Şərqi
Qafqaz əmiri olaraq tanınan Makhran Saidov (o, “Yaqub” olaraq da
tanınır) video yayaraq Bağdadiyə biət etdiyini bəyan edib.
1 dəqiqə 38 saniyəlik videoda Saidov belə deyir: “O, (Bağdadi -
red) Allahın kəlamını daşıdıqca, Allah yolunda getdikcə, Quran və
sünnətin yolundan çıxmadıqca, dinimizi tərk etmədikcə və ədaləti
gözlədikcə ona bağlı olacağıma and içirəm”.
Saidov Bağdadini “müsəlmanların xəlifəsi olan müsəlman qardaşım”
adlandırır.
Saidov kimdir?
Əsl adı Mahran Şeyhoviç Saidovdur. Çeçenistanın Tsentoroy kəndində
1975-ci il 1 yanvar tarixində anadan olub. Kod adları “ovçu”,
“qızıl saqqal”, “Ramazan”dır.
Tsentoroy kəndindən bir qrup gənclə birlikdə “cihada” qoşulub. Lakin “cihada” dəqiq nə vaxt qoşulduğu bilinmir. Rusiya tərəfindən axtarışa verilib. Bir müddət öncə öldürülmüş “əmir” Hüseyn Gaqayevin qrupuna qoşulandan sonra Tsentoroy bölgəsinin əmiri olub. H. Gaqayev Çeçenistan “əmiri” olandan sonra onu Şərq cəbhəsinin əmiri təyin edib.
Ən böyük əməliyyatı 2010-cu ilin 29 avqustunda Kadırovun kəndi
Hosiyurta hücumu olub.
Saidovun biətindən bir neçə saat sonra Şərqi Çeçenistanda
mücahidələrin daha bir lideri Əbu Usamə də videoçıxış yayaraq İŞİD
liderinə biət etdiyini açıqlayıb.
Qeyd edək ki, son bir neçə ayda Şimali Qafqazda İŞİD-ə biət
edənlərin sayı çoxalıb.
Asif Nərimanlı
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO