Bu kəndlərdə məskunlaşanlara minlərlə avro pul veriləcək - FOTOLAR
Bizi izləyin

Dünya

Bu kəndlərdə məskunlaşanlara minlərlə avro pul veriləcək - FOTOLAR

Bəzi Avropa ölkələri əhalinin azalmasının qarşısını almaq və xarici sərmayədarları cəlb etmək üçün maraqlı təkliflər edir.

Publika.az xəbər verir ki, “Euronews”un məlumatına görə, 6 Avropa kəndi yeni sakinlərə “Gəl, burada yaşa” dəvəti göndərərək onlara minlərlə avro maliyyə dəstəyi vəd edir.

Presicce-Acquarica - İtaliya

Apuliya regionunda, Lecce əyalətində yerləşən bu qəsəbə yeni sakinlərə 30 min avroya qədər maliyyə yardımı təqdim edir. Bundan əlavə, hər doğulan uşaq üçün ailələrə əlavə 1000 avro ödənilir.

Albinen - İsveçrə

Vale kantonunun Leuk bölgəsində yerləşən Albinen qəsəbəsi əhalisinin sayı 250-dən aşağı düşərsə, köçən ailələrə 50 min avroya qədər dəstək göstərəcəyini açıqlayıb. Yeganə tələb isə İsveçrə vətəndaşı olmaq və ya ölkədə C tipli yaşayış icazəsi almaq hüququna malik olmaqdır.

Rubia - İspaniya

Qalisiya bölgəsində yerləşən Rubia kəndi ailələrə aylıq 150 avro ödəmə təklif edir. Bu təşviq yalnız Aİ vətəndaşlarına deyil, bütün əcnəbilərə şamil olunur.

Ponqa - İspaniya

Asturiya bölgəsindəki Ponqa şəhəri yeni sakinlər axtarır. Buraya köçməyə razı olanlara 3 min avro maliyyə yardımı göstərilir, həmçinin burada doğulan hər körpə üçün əlavə 3 min avro ödənilir.

Sardiniya - İtaliya

Populyar Aralıq dənizi adalarından biri olan Sardiniya daimi məskunlaşmaq istəyənlərə 15 min avro təqdim edir. Şərtlərə görə, köçən şəxs ən azı bir il adada yaşamalı və daimi yaşayış üçün müraciət etməlidir.

Kalabriya - İtaliya

İtaliyanın cənubundakı Kalabriyada əhalisi 2 mindən az olan kəndlərə köçənlərə 28 min avro verilir. Bu proqrama müraciət edən şəxslərin yaşı 40-dan az olmalı və biznes plan təqdim etməlidirlər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm