İdman
Jorj Kaşkilya: “Qarabağ” 90 dəqiqə ərzində göstərdi ki...
“İmişli” Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyun bizim üstünlüymüzlə keçdi. İstədiyimiz kimi oynaya bildik. Rəqib qol vurmaq üçün təzyiq edirdi. Amma bunun qarşısını almağı bacardıq. Daha sonra öz oyunumuzu onlara diktə edə bildik. Hesab 2:0 olandan sonra daha rahat oynamağa başladıq. Bilirdik ki, rəqib 1 qol vursa, hesabı bərabərləşdirmək üçün çalışacaq. Bizim qol şanslarımız çox oldu. 3:0 hesabı oyunumuza layiq nəticədir. Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Bir az hakimlər barədə danışmaq istəyirəm. İlk dəfədir bu haqda danışıram. İki vacib situasiya oldu. Bir penaltimizi vermədilər. “Karvan”ın kapitanının Almeydaya qarşı sərt oynadığı epizodda da qırmızı vərəqə verilməli idi. Bu, ötən həftə bizim oyunçuya verilən qırmızı vərəqəlik epizoddan daha sərt idi.
– Ardıcıl 3-cü oyundur ki, meydandan qalib ayrılırsız. Bu, “İmişli”nin hədəfini dəyişə bilər?
– Xeyr. Məqsədimiz olduğu kimi qalır. Hər oyuna qələbə üçün çıxacağıq. Ardıcıl 3 qələbə I Liqadan gələn komanda üçün yaxşı nəticədir. Bu, bizim məqsədimiz idi. Prmeyer Liqada təcrübəli və yüksək büdcəli komandalar var. Bu amillər bizə təsir etmir. Hər oyunda meydana qələbə üçün çıxırıq. Növbəti matçlara da bu mentalitetlə çıxacağıq.
– Texniki məğlubiyyətdən sonra komandanı bu oyuna hazırlamaq sizin üçün çətin deyildi?
– Xeyr, çətin deyildi. Həmin hadisə oyunçuların səhvi deyildi.Bir gecə bunu düşündük. Sabahsı gün məşqdə futbolçuları bu oyuna kökləyə bildik. Gördüyünüz kimi məşqlər öz bəhrəsini verdi və bu gün istədiiyimiz nəticəni gördük.
– “Qarabağ”ın “Benfika” ilə oyunu sizi təəccübləndirmədi?
– Öncə”Qarabağ”ı təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün tarixi qələbədir. Əlbəttə ki, portuqaliyalı olduğum üçün “Benfika”nı dəstəkləyirdim. Amma “Qarabağ” 90 dəqiqə ərzində göstərdi ki, onlardan daha yaxşı oynayır.
– Sizcə, bu qələbədən sonra Portuqaliya futbol ictimaiyyətinda Azərbaycan çempionatına maraq yarana bilər?
– Əlbəttə ki, bu öz effektini verir. Hamı “Benfika”nın qalib gələcəyini gözləyirdi. “Qarabağ”ın qələbəsi onu göstərir ki, Azərbaycan çempionatı inkişaf edir. Bu həftə “A Bola” nəşrində “İmişli” haqda yazı getmişdi. Bu o deməkdir ki, artıq Portuqaliyada Azərbaycan futbolunu diqqətdə saxlayırlar.
-
Elm və təhsil22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi


































