Dünya
Əfqanıstandan Trampa cavab gəldi: Bunu Dohada rədd etmişik

Əfqanıstan öz ərazisində digər ölkələrin, o cümlədən ABŞ-ın hərbi mövcudluğunu qəbul etmir.
Publika.az “Pajhwok”a istinadən xəbər verir ki, bunu Əfqanıstan xarici işlər nazirinin müşaviri Zakir Cəlali deyib.
“Tarixi boyu Əfqanıstan xalqı öz ərazilərində başqa ölkələrin hərbi mövcudluğuna dözməyib. Dohada danışıqlar zamanı və sazişin imzalanması zamanı (ABŞ və müttəfiqlərinin Əfqanıstan ərazisindən bütün qoşunlarını çıxarması haqqında) Baqramdakı hava bazasının mümkünlüyü qəti surətdə rədd edilib”, - o deyib.
Rəsmi Əfqanıstanın ABŞ-la əməkdaşlığa açıq qaldığını vurğulayaraq, bunun qarşılıqlı hörmət və iki ölkənin ümumi maraqları üzərində qurulması lazım olduğunu bildirib.
Sentyabrın 18-də Tramp ABŞ-ın Əfqanıstandakı Baqram hava bazasına nəzarəti geri almağa çalışdığını açıqlayıb. 2001-ci ildən 2021-ci ilə qədər Baqram aerodromu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Əfqanıstandakı ən böyük bazası olub. 2021-ci il iyulun 1-də amerikalılar aviabazanı tərk etdilər, avqustun 15-də isə “Taliban” hərəkatının nəzarəti altına keçib.
Tural

-
Dünya17:35
48 saat ərzində 5 dəbdəbəli geyim: Melaniya Tramp Londonu belə valeh edib - FOTOLAR
-
Rəsmi xronika17:33
Prezidentdən ictimai nəqliyyatla bağlı fərman
-
Nida Xəbər 16:36
Hərbi prokurora yeni müavin təyin olundu
-
Sosial15:56
Gələn il pensiyalar nə qədər artacaq?
-
Region15:23
Ermənistan MTX rəhbəri Bakıda forumda iştirak edəcək
-
Nida Xəbər 14:56
Firad Əliyev vəzifəsindən azad olundu
-
İdman14:24
Bu üç model Messini "yoldan çıxarmaq" istədi - VİDEO
-
Sosial13:30
Bakıda və bölgələrdə leysan yağacaq - PROQNOZ