Qazaxıstandan Ermənistana: İrəvan bu layihəni dəstəkləyir
Bizi izləyin

Region

Qazaxıstandan Ermənistana: İrəvan bu layihəni dəstəkləyir

Qazaxıstandan Ermənistana: İrəvan bu layihəni dəstəkləyir

İrəvan Qazaxıstandan Ermənistana multimodal yükdaşıma marşrutunun yaradılmasını dəstəkləyir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Ermənistan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında (onlayn) məlumat verib.

Söhbət Qazaxıstan-Türkmənistan-İran-Ermənistan marşrutundan gedir.

Qriqoryan aydınlaşdırıb ki, artıq Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu ilə paralel yükdaşımalar aparılır. Onun fikrincə, bu, ölkələr arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsinə artan marağı nümayiş etdirir.

Ermənistan baş nazirinin müavini qeyd edib ki, bu yükdaşımalar, xüsusən də Qazaxıstan-Çin sərhədində yerləşən “Xorqos” Beynəlxalq Sərhəd Əməkdaşlıq Mərkəzinin imkanlarına erməni sahibkarlarının potensial marağı nəzərə alınmaqla müntəzəm xarakter daşıya bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm