İdman
Millimizdən möhtəşəm qələbə

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Publika.az xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu qolsuz heç-heçə nəticələnib.

-
Nida Xəbər 12:30
Əli Əsədov qərar imzaladı
-
Sosial12:20
Bu şəxslər təhsillərini bitirən zaman 2600 manat müavinət alacaqlar - QƏRAR
-
İdman11:50
Bütün dünya Bakıdakı bu pişikdən danışır - FOTOLAR
-
Region11:37
Paşinyanın partiyasında “gecə araşdırması” - Anonim məktubu yazan tapıldı
-
ABŞ10:00
ABŞ Əfqanıstana qayıdır: Görün Tramp nə tələb etdi
-
Hadisə09:36
Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - FOTO
-
ABŞ08:48
Tramp bu gün Cinpinlə "TikTok"un taleyini HƏLL EDƏCƏK
-
İdman06:46
Lunyev yenə hoqqa çıxardı: Hara qaçırsan?