Ərdoğanı təhqir edən yeniyetmə azad olundu
Bizi izləyin

Dünya

Ərdoğanı təhqir edən yeniyetmə azad olundu

Türkiyədə prezidenti təhqir ittihamı ilə həbs edilən 16 yaşlı yeniyetmə azadlığa buraxılıb.

Publika.az-ın məlumatına görə, o, çərşənbə günü keçirilən etiraz aksiyası zamanı çıxış edərək, Rəcəb Tayyib Ərdoğanı korrupsiyada ittiham etmişdi.

Məhkəmə hökmü ilə azad edilməsinə baxmayaraq, günahkar bilindiyi təqdirdə onu 4 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Baş nazir Əhməd Davutoğlu heç kimin prezident administrasiyasını təhqir etmək haqqı olmadığını deyib.

Ərdoğan avqust ayında prezident seçilməzdən öncə 11 il Türkiyənin baş naziri vəzifəsində çalışıb. Tənqidçilər Ərdoğanı prezident səlahiyyətlərini artırıb, ifadə azadlığını boğmaqda günahlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm