Dünya
Yunanıstan və İtaliya ancaq öz vətəndaşlarını xilas edib - QALMAQAL
Adriatik dənizindəki Othonoi adasının yaxınlığında üzən "Norman Atlantic" gəmisində aparılan xilasetmə əməliyyatı ilə bağlı şok iddia səsləndirilib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, gəmidən xilas edilən türk sərnişin Yunanıstan və İtaliya xilasedici qruplarının əvvəlcə öz vətəndaşlarını xilas etdiyini söyləyib.
Türkiyə vətəndaşı Aylın Akamaç baş verənləri “böyük bir qalmaqal" olaraq qiymətləndirib. Gəmidə yalnız 3 avarlı qayığın olduğunu ifadə edən Akamaç qəzanın “Titanik filmi kimi idi” deyib.
Məlumata görə, İtaliya xilasetmə əməliyyatına 2 vertolyot ayırıb. Hər vertolyota isə 3 sərnişin götürülüb.
Sinqapur bayraqlı yük gəmisi isə “Norman Atlantic”dən xilas etdiyi 49 sərnişini İtaliya sahillərinə gətirib. “Norman Atlantic”də hələ də 250-dən çox sərnişinin olduğu bildirilir. Gəmidə ümumilikdə 423 sərnişin olub.
Ömər Dağlı
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı