Soçi Olimpiadasından sonraya saxlanılan gizli silahlar
Bizi izləyin

Dünya

Soçi Olimpiadasından sonraya saxlanılan gizli silahlar

Keçən həftə dünyanın geostrateji müstəvisində iki mühüm hadisə baş verdi. Söhbət ilk növbədə Almaniyanın xarici siyasəti ilə bağlı yeni doktrinasından gedir. Yeni doktrinanın Almaniyanın Ukraynada fəallaşmaq istəyi ilə bağlı olduğu deyilir. Arxada qalan həftə həm də ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın qalmaqallı telefon söhbəti ilə yadda qaldı. Diplomat Ukraynanın Ukraynadakı səfiri ilə söhbətində Avropa İttifaqı ilə bağlı nifrətini dilə gətirərək səfirə bu ölkədə avropalılarsız və sürətlə hərəkət etməyi tövsiyə etdi.

ABŞ-ın xarici siyasətində son meyllər

Telefon qalmaqalı göstərdi ki, telefon söhbətlərini yalnız ABŞ dinləmir. Dövlət katibinin müavinin Ukraynadakı səfirinə tövsiyəsi əslində Vaşinqtonun strateji düşüncəsinin göstəricisi idi. ABŞ-da fəaliyyət göstərən "Stratfor" beyin mərkəzinin Vaşinqtonun xarici siyasəti ilə bağlı yazdığı bir yazıda qeyd olunur ki, son illərdə ABŞ xarici siyasəti öz istiqamətini tədricən dəyişdirir. Beyin mərkəzinin saytında dərc olunan yazıda əvvəllər ABŞ-ın diqqətinin əsasən İslam dünyasına yönəldiyi və xarici siyasi hədəflərin reallaşdırılmasında güc variantına üstünlük verildiyi bildirilir. Vaşinqtonun “Güc siyasəti” yalnız Əfqanıstan və İraqda deyil, həmçinin Afrika və başqa yerlərdə də müşahidə edilirdi, amma “Güc siyasəti”nin də sərhədləri var. Liviya bu strategiyanın ən bariz nümunəsi idi. ABŞ aviasiya və xüsusi təyinatlı qüvvələrin dəstəyi Müəmmər Qəzzafini devirdi. Amma Qəzzafinin devrilməsi ilə ABŞ və onun müttəfiqləri lazımi nəticə qazanmadı.

ABŞ-ın yeni strategiyasını Suriya nümunəsində görmək olar. ABŞ kənarda dayanaraq duşmənçilik edən qruplaşmalara vuruşmağa imkan verir. Bundan başqa, İraq işğalı birbaşa müdaxilənin ABŞ-a verə biləcəyi itkiləri göstərdi.

Ukraynada geosiyasi döyüş

“Stratfor”a görə, Rusiya 2004-cü ildə baş verən “Narıncı inqilab”dan sonra ABŞ üçün problemə çevrilib. ABŞ Ukraynada antirus gücü dəstəkləyərək qərbyönümlü hökumətin yaradılmasına nail oldu. Ruslar onların Ukraynadakı strateji və iqtisadi maraqlarına birbaşa zərbə vuran Amerika xüsusi xidmət orqanlarının əməliyyatını gördülər. Rusiya cavabında isə Ukrayna hökumətini zəiflətmək üçün təbii qaz və digər iqtisadi alətlərindən istifadə etdi. “Stratfor” hesab edir ki, 2008-ci il Gürcüstan müharibəsi Rusiya hərbi gücünün dirçəlişinin aşkar xatırlatması idi. Bir müddət sonra Viktor Yanukoviç timsalında rusmeylli bir hökumət ortaya çıxdı. Moskva çox effektiv şəkildə Yaxın Şərqdə öz kartlarını oynayaraq Suriyada vəziyyəti istədiyi istiqamətə yönəltdi.

Vaşinqtonda isə iki variant var idi: Güc və passivlik. V.Nulandın qalmaqal yaradan telefon zəngi isə göstərdi ki, ABŞ Avropanın rusların hərəkətlərinə mane ola biləcəyinə əmin deyil. Buna görə də passiv variant burada işləməyəcək. Amma Birləşmiş Ştatlar postsovet məkanına müdaxiləyə hazır deyil. Rusiya dünyanın fövqəldövləti deyil və onun silahlı qüvvələrində çoxlu çatışmazlıqlar var. Bununla belə Rusiya regionda ən güclü ölkədir və postsovet məkanında öz gücünü göstərə bilir. Amma hazırda Amerika ordusunda da zəiflik hiss olunur. ABŞ-ın silahlı qüvvələri on ildən artıq bir müddətdə islam dünyasının mərkəzində vuruşdular. Bu müharibələrdən sonra hərbi büdcədə ixtisarlar qaçılmaz olacaq və bu ABŞ-ın döyüş potensialına təsir edəcək.

Soçi Olimpiadasından sonraya saxlanılan gizli silahlar

Qərb yaxşı başa düşür ki, qərbyönümlü qüvvələr hakimiyyətə gəlsə, Ukrayna Rusiya üçün nəhəng strateji problem yaranacaq.

Rusiya üçün nəhəng problemin yaradılması məqsədilə nümayişlərdən istifadənin iki nəticəsi olacaq. Birincisi, bu, ruslar üçün real strateji təhdid olacaq və onları müdafiəyə keçməyə məcbur edəcək. İkincisi, bu, Rusiyaya xatırladacaq ki, Vaşinqtonun kifayət qədər variantları var. Amma tamamilə anlaşılmazdır ki, Moskva Vaşinqtonun bu sxemi qazanmağa imkan verəcəkmi?

Rusiya Ukraynaya təzyiq etmək üçün mühüm riçaqlara malikdir və Ukraynadakı "gizli silahları" Amerikanın imkanlarını üstələyir. Federal Təhlükəsizlik Xidməti ukraynalılarla bağlı məlumat toplamağa artıq çoxdan başlayıb. Gözləmək olar ki, Moskva Soçi Olimpiadasından sonra öz kartlarından istifadə edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm