Dünya
"Siz məni öldürəcəksiniz"
İŞİD terror qruplaşmasının nəşri sayılan “Dabik” jurnalı ötən həftə terrorçular tərəfindən Rakka yaxınlığında vurulan İordaniya pilotunun açıqlamasını yayıb.
Axar.az xəbər verir ki, 26 yaşlı pilot Muaz Kasiyəşbinin Quantanamo məhbuslarının geyindiyi narıncı geyimdə olan fotosu da yerləşdirilib.
Pilot açıqlamasında təyyarəsinin necə vurulmasından danışıb:
“Mən qəfildən zərbə hiss etdim. Daha sonra əməliyyatda iştirak edən pilot yoldaşlarımdan biri mənimlə əlaqəyə keçərək bildirdi ki, mənim təyyarəmi vurublar və mühərrik yanır”.
Təyyarənin idarəetməni itirdiyini görən pilot katapult etmək qərarına gəlib. Fərat çayına düşəndən bir qədər sonra İŞİD terrorçuları tərəfindən əsir götürülüb.
Muaz Kasiyəşbi bildirib ki, onun tapşırığı terrorçuların Hava Hücumundan Müdafiə Sistemlərini məhv etmək və koalisiya qüvvələrinin təyyarələri üçün təhlükəsiz zona yaratmaq olub.
Onun sözlərinə görə, koalisiya təyyarələrinə bütün tapşırıqlar Qətərdəki ABŞ hərbi bazasından verilir.
“Onu nə gözlədiyini bilirmi?” sualına isə pilot, “Hə. Siz məni öldürəcəksiniz” cavabını verib.
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI