Dünya
Nazarbayevin kürəkəni qətldə ittiham olunur
Avstriya prokurorluğu Qazaxıstan prezidentinin keçmiş kürəkəni və hakimiyyətin tanınmış opponenti olan Rahat Əliyevə qarşı qətl ittihamı irəli sürüb.
Publika.az-ın məlumatına görə, Qazaxıstanın Avstriyadakı sabiq səfiri 2007-ci ildə vətənində iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunur.
Avstriya Rahat Əliyevin ekstradisiyası barədə Qazaxıstanın müraciətlərini rədd etdikdən sonra sabiq diplomata qarşı cinayət araşdırmasına başlayıb.
Rahat Əliyev irəli sürülən ittihamları rədd edərək, onun siyasi motivli olduğunu bildirir.
İyun ayında o Avstriya hakimiyyətinə təslim olunduqdan sonra istintaq təcridxanasında saxlanılır. Reuters agentliyinin məlumatına görə, məhkəmə şərtləri Əliyevin zəminə buraxılmasını nəzərdə tutmur. Onun təqsiri sübuta yetirilsə, 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Rahat Əliyev prezident Nazarbayevin böyük qızının əri olub. O bir vaxtlar Milli Təhlükəsizlik Kömitəsi, Vergi Xidməti və Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.
2008-ci ildə Qazaxıstan məhkəməsi cinayət qrupunun təşkili, adam oğurlanması və hakimiyyəti ələ keçirmək ittihamları ilə bağlı ölkəni artıq tərk etmiş Rahat Əliyevə uzunmüddətli həbs cəzası kəsib.
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO