Dünya
Tramp Putinə 6 ay vaxt verib: Bu əraziləri tamamilə tut və...
ABŞ prezidenti Donald Tramp səmərəsiz hesab etdiyi yeni sanksiyalardan pərdə kimi istifadə edərək, faktiki olaraq Rusiyaya məqsədlərinə çatmaq – bütün Donbasın tutulması üçün altı ay vaxt verib. O vaxtdan bəri Birləşmiş Ştatlar prezidenti münaqişənin gedişatını dəyişdirə biləcək “sövdələşmə” əldə etmək üçün Vladimir Putinlə görüşməyə hazır olduğunu dəfələrlə vurğulayıb.
Publika.az "Tsarqrad"a istinadən xəbər verir ki, bu fikri nəşrin yazarı Serqey Latışev qələmə alıb.
Latışevin yazısından bəzi məqamları diqqətinizə çatdırırıq:
Qeyd edib ki, Tramp çəkiclə zindan arasında qalıb: bir tərəfdən Ukraynada müharibənin davam etdirilməsini tələb edən Avropa İttifaqı və ABŞ daxilindəki rusofob dairələrin güclü təzyiqi altındadır, digər tərəfdən isə böhranın həllinin vacibliyini anlayır. Onun sözlərinə görə, nəticədə ABŞ lideri Stiv Uitkoffun (ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi) vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları dayandırmaq məcburiyyətində qalıb. Belə ki, Rusiya bu addımı atmaqdan imtina edir, yəni döyüşlər ən azı altı ay davam edəcək.
“Altı aylıq müddət” Trampın özünün verdiyi açıqlamadan irəli gəlirdi. Jurnalist ondan Vladimir Putinin ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına ciddi ziyan vurmaq iqtidarında olmadığı iddiasına münasibət bildirməsini xahiş etdikdə, ABŞ lideri istehza ilə "Altı aydan sonra kimin haqlı olduğu bəlli olacaq", - deyə cavab verib.
Sergey Latışev hesab edir ki, Tramp bu ironiyanın arxasında çox ciddi mesaj gizlədib. O hesab edir ki, ABŞ prezidenti yeni sammitin vaxtını təyin edib və ümid edib ki, altı ay ərzində Rusiya döyüş meydanında elə uğur qazanacaq ki, bu, avropalıları, Ukrayna hakimiyyətini və amerikalı qlobalistləri görüşü pozmaq imkanından məhrum edəcək.
Köşə yazarı qeyd edir ki, Tramp həddindən artıq rusofobiyanın ABŞ-ın diqqətini əsas strateji rəqibi olan Çinə yönəltməsinə mane olduğundan əmindir. Onun məntiqinə əsasən, Kiyev və Avropa münaqişənin yalnız dondurulmasını tələb edir.
Şərhdə sanksiyalara da toxunulub. Bildirilir ki, Tramp sadəcə olaraq daha sərt məhdudiyyətlər hazırlayan Konqresi qabaqlamağa və bununla da özünə vaxt qazandırmağa çalışır.
Müşahidəçilərin fikrincə, Moskvaya iqtisadi təzyiqi artıran Tramp göründüyündən daha incə davranır. O, Rusiyanın cəbhə xəttində hərbi üstünlüyünün məntiqindən istifadə edərək, Kiyevi və Avropa paytaxtlarını münaqişəni dayandırmaq üçün Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməyə çalışır.
Adəm
-
Qoroskop00:35Günün ulduz falı: bədxərcliyiniz sizi çətin duruma sala bilər
-
ABŞ29 Oktyabr 22:30Trampın sosial şəbəkəsində mərc sürprizi
-
Kriminal29 Oktyabr 21:49Canlı yayımda saçı qırxılan qadın DANIŞDI - O gün nələr baş verib?
-
Nida Xəbər 29 Oktyabr 21:25Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - Foto
-
Ekologiya29 Oktyabr 20:36Sabah yağış və qar yağacaq - Proqnoz
-
Magazin129 Oktyabr 19:30Hüseyn Həsənov tanınmaz halda: 1 aydır buna görə yoxa çıxıbmış - Fotolar
-
Nəqliyyat29 Oktyabr 18:40Bakıda axşam tıxacı: 20 yol keçilməz oldu
-
Sosial29 Oktyabr 17:48Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR




















.jpg)

.jpg)










.jpg)



