Yunanıstanı həyəcanlandıran görüş: Türklər geri çəkilməyəcəklər
Bizi izləyin

Dünya

Yunanıstanı həyəcanlandıran görüş: Türklər geri çəkilməyəcəklər

Liviya Milli Birlik Hökumətinin Neft və Təbii Qaz naziri Xəlifə Əbdüssadiq ilə Türkiyənin Liviyadakı səfiri Güvən Begiç arasında keçirilən görüş Yunanıstanı narahat edib.

Publika.az xəbər verir ki, Yunanıstanın "Pentapostagma" qəzeti bununla bağlı yazı dərc edib.

Məlumata görə, görüşdə neft, təbii qaz və enerji sektorlarında birgə əməkdaşlıq müzakirə olunub və iki ölkə arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qəzet görüşü "Şərqi Aralıq dənizində yeni bir Türkiyə addımı" kimi xarakterizə edib. Yunan mətbuatına görə, türklər, amerikalılar və italyanlar Liviyada tam harmoniya içində hərəkət edirlər.

" Yunanıstan Şərqi Aralıq dənizindəki bu diplomatik və enerjiyə yönəlmiş təmaslardan tamamilə kənarlaşdırılıb. ABŞ Romada həm şərqi, həm də qərbi Liviya rəsmiləri ilə enerji ilə bağlı danışıqlar aparır. Türklər bu prosesdə dominant mövqe tutublar, Yunanıstan isə seyrçi olaraq qalıb”, - deyə qəzetdə qeyd olunub.

Nəşrə görə, Afinanın ən böyük qorxusu, Kritin cənubundakı zəngin karbohidrogen yataqlarının Türkiyənin rəhbərlik etdiyi yeni enerji tənliyində əldən çıxmasıdır: “Bu yataqlar o qədər dəyərlidir ki, borclarımızı erkən ödəməyimizə imkan verə bilər. Lakin türklər bu prosesi idarə etsələr, ölkəmiz yenidən soyuqda qalacaq. Onlar Şərqi Aralıq dənizinin böyük bir hissəsini təmin edənə qədər geri çəkilməyəcəklər”.

Məqalədə vurğulanıb ki, Yunanıstan "Neo-Osmanlı Türkiyəsi"nə qarşı iqtisadi, hərbi və enerji gücünü bərpa etməlidir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm