İranın iç üzü: “2 ay döyüş, qalan 5 il cəzanı bağışlayaq” - FOTO
Bizi izləyin

Dünya

İranın iç üzü: “2 ay döyüş, qalan 5 il cəzanı bağışlayaq” - FOTO

Bu günə qədər Suriyaya “humanitar yardım veririk” deyən İranın əslində ölkədə fərqli oyunlar arxasında olduğu üzə çıxıb.

Publika.az-ın verdiyi xəbərə görə, “Türkiye Gazetesi”nə danışan iki şiə əfqan İranın Suriyada vuruşmaq istəyənlərdən bəzilərinə azadlıq, bəzilərinə isə pul vəd etdiyini bildiriblər.

Bəşər Əsəd tərəfində vuruşmaq üçün İrandan göndərilən əfqanlar Suriya müxalifətinin silahlıları tərəfindən tutulub və hazırda Hələb həbsxanasında saxlanılırlar. Həbsxanada ümumilikdə 200-ə qədər əsir var.

“Türkiye Gazetesi”nin jurnalistinə danışan əfqanlar yalnız fars dilini bildiklərini söyləyərək onlara verilən sualları cavabsız qoyublar. Bundan sonra isə fars dilini bilən tərcüməçi gətirilib. Onlardan biri 45 yaşlı Murad Əli, digəri 23 yaşlı Seyid Əhməd Hüseynidir.

Əfqanıstandan işləmək üçün İrana gələn Murad Əli burada narkotik qaçaqmaçılığında ittiham olunaraq həbs olunub. “Altı il həbs cəzası verdilər. Bir ili tamamlamışdım. İranlı bir komandir gəldi. “Sən get, Suriyada 2 ay döyüş, qalan 5 il cəzanı bağışlayaq” dedi. Suriyaya gələndən 10 gün sonra tutuldum”, - Murad Əli söyləyib.

Seyid Əhməd Hüseyni isə İranda işlədiyini və öz istəyi ilə Suriyaya cihada gəldiyini bildirib. O, ayda 700 dollar almalı idi. Lakin döyüşmək üçün Handarat bölgəsinə gəldikdən 1 gün sonra müxalif silahlılar tərəfindən tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm