Dünya
Kadırov sərxoşları iqamətgahına topladı və... - VİDEO
Çeçenistan lideri Ramzan Kadırov spirtli içkilərə qarşı mübarizənin yeni mərhələsini elan edib.
Teleqraf.com-un məlumatına görə, "quru qanun" respublikasında hələ 2009-cu ildən bəri qüvvədədir.
Çeçenistanda spirtli içki almaq yalnız xüsusi mağazalarda gündə iki saat - səhər 8.00-dən 10.00-ə qədər icazə verilir. Ancaq bir çox satıcılar bu qanuna baxmayaraq gecə-gündüz gizli şəkildə sprirtli içki satırlar.
İndi onlarla mübarizəyə Çeçenistan Respublikasının başçısının özü çıxıb.
Məhəmməd Peyğəmbərin ad günündə Ramzan Kadırov Qroznı mağazaları və kafelərini özü şəxsən gəzib. Spirtli içki satılan ticarət obyektlərinin satıcıları gecə saat üçdə ölkə başçısının administrasiyasına gətiriliblər. Onlarla birlikdə Ramzan Kadırovun yanına sərxoş olan müştərilər də gətirilib.
“Bunlar alkoqol satırlar və bunlar isə onu içirlər, nə dinə riayət edirlər, nə ənənəyə. Biz Peyğəmbərin ad gününü bayram edirik, amma bəziləri gecə alkoqol satmağa çıxıblar, bəziləri də içməyə! Özünüzə baxın, utanmırsınız! Pulu Allah tərəfindən lənətlənmiş üsulla qazanmaq olar?”, - deyə Ramzan Kadırov onları tənqid edib. /anspress.com/
Kadırov spirtli içki satan bütün mağazaları bağlamağı əmr edib. Onların sahibləri və satıcılar qanunla cərimələnəcək.
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
-
Hadisə13 Yanvar 22:58
Şəmsəddin Xanbabayev vəfat etdi
-
İdman13 Yanvar 21:55
Aleks de Souza qovuldu