Fransa jurnalı yenidən yayıma başlayır – FOTOLAR
Bizi izləyin

Dünya

Fransa jurnalı yenidən yayıma başlayır – FOTOLAR

Ötən gün redaksiyasına silahlı hücum edilən “Charlie Hebdo” jurnalı fəaliyyətini yenidən davam etdirəcək.

Publika.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalın redaktoru Patrick Pelloux bildirib.

Onun sözlərinə görə, bu gün “Charlie Hebdo” jurnalının redaksiyası gələn həftədən jurnalın yayımını davam etdirəcəyi barədə məlumat yayıb.

Patrick Pelloux deyib ki, “Charlie Hebdo” növbəti həftənin çərşənbə günü yenidən satışa çıxarılacaq: “Yaxın günlərdə jurnalın fəaliyyətini davam etdirməsi ilə bağlı toplantı keçiriləcək. Bildiyiniz kimi, məlum hadisədən dərhal sonra Fransa polisi terrorçuların axtarışına başlayıb. Bildiyimə görə, artıq Əlcəzair əsilli qardaşlar olan Şərif və Səid Kuaşi Parisin şimalında yerləşən Villers-Cottert əyalətindəki benzin yanacaq doldurma məntəqəsində görülüb. Onların tutulması ilə bağlı işlər davam etdirilir”.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə Məhəmməd Peyğəmbəri karikaturasını yaymaqla gündəmə gələn “Charlie Hebdo” jurnalının redaksiyasına ötən gün silahlı hücum olub. Hücum nəticəsində 12 nəfər qətlə yetirilib. Həlak olanlar arasında 2 nəfər polis əməkdaşı da olub. Hadisə ilə əlaqədar sözügedən jurnal yayımını dayandırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm