Dünya
Türkiyədə həyəcan: Terrorçular bu ərazilərə hücum planlaşdırır
Milli Kəşfiyyat Təşkilatı (MİT) mənbələri Türkiyədəki İŞİD qruplarının yenidən aktivləşdiyini bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MİT və polis bu səbəbdən hədəf əməliyyatlarına başlayıb.
Təhlükəsizlik mənbələri terror təşkilatının Türkiyədə qəzəbə səbəb olacaq hərəkətlər etdiyi və ibadət evlərinə, kilsələrə və izdihamlı ərazilərə hücumlar planlaşdırdığı barədə məlumat paylaşıblar.
“Türkiyə gazetesi”nin məlumatına görə, İsrail kəşfiyyat agentliyi MOSSAD tərəfindən Türkiyə və Suriyada təxribat hərəkətləri üçün İraqın Süleymaniyyə bölgəsində xüsusi əməliyyat zonası yaradılıb. Bildirilir ki, PKK terrorçuları burada aktiv rol oynayırlar.
Suriyada mühüm vəzifələrdə çalışmış keçmiş kəşfiyyatçı Məhəmməd Əli Melhimin mətbuata açıqlamasına görə, Suriyanın daxilində 500-dən çox silahlı terrorçu sərbəst şəkildə dolaşır:
“Onların böyük əksəriyyəti SDQ bölgəsindən çıxan terrorçulardır. Eyni zamanda Türkiyədəki hüceyrələr də yenidən aktivləşdirilib. Mümkün əməliyyatların qarşısını almaq üçün hazırlıq lazımdır. Yaxın dövrdə Suriya və Türkiyədə bəzi dini mərkəzlərə hücumlar baş verə bilər. Onlar cəmiyyətin ən həssas nöqtələri ilə oynayan bir əməliyyat planı çərçivəsində hərəkət edirlər. Çox böyük və ağlasığmaz addımlara əl ata bilərlər”.
Roza
-
Ekologiya17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır
-
Sosial14:36Ksenon fara və yanıb-sönən işıqların SONU - 654 manat CƏRİMƏ və sürücülük vəsiqəsinin ləğvi
-
Sosial14:06Nigar Köçərli “Bona Dea”da dəhşət yaşadı: "Ağrıdan huşumu itirdim, ayılanda yalvardım ki..."
-
İdman13:34"Qarabağ"ın "Ayntraxt"la oyununun hakimləri açıqlandı
-
Region13:28Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar



















.jpg)

















