Sosial
Ksenon fara və yanıb-sönən işıqların SONU - 654 manat CƏRİMƏ və sürücülük vəsiqəsinin ləğvi
Rusiyada ksenon faralar və yanıb-sönən əyləc işıqları quraşdıranların sürücülük vəsiqələrinin ləğvi təklifi irəli sürülüb.
Publika.az xəbər verir ki, bu təkliflə Rusiya Milli Avtomobil İttifaqının rəhbəri Anton Şaparin daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət edib.
Şaparinin sözlərinə görə, ksenon faraların parlaq şüaları digər sürücülərin görmə imkanlarını məhdudlaşdırır, onları "kor" edir. Bu isə nəticədə yol qəzalarının artmasına səbəb olur.
Məktubda həmçinin katalitik çeviriciləri olmayan səsboğucuların quraşdırılmasına görə daha sərt cəzalar təklif olunur. Bu cür cihazlar səs-küyü və zərərli emissiyaları artıraraq ətraf mühiti çirkləndirir.
O hesab edir ki, bu cür pozuntulara görə hazırda 500 rubl (təxminən 11 manat) məbləğində cərimə çox aşağıdır. Təşkilat ya cərimənin 30.000 rubla (654 manat) qədər artırılmasını, ya da sürücülük vəsiqəsinin ləğv edilməsini təklif edir.
Adəm
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək





































