Dünya
1 milyon miqrant 10 il müddətinə ölkədən qovulacaq
Rusiyada miqrasiya rejiminin pozulması üçün tətbiq olunan yeni qaydalar bu gündən qüvvəyə minir.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski bildirib.
Yeni qaydalara görə, Rusiyada 120 gündən çox qanunsuz qalan miqrantların ölkə ərazisinə girişi 3 il ərzində qadağan olunacaq. Bu müddət 270 gündəm çox olacağı halda giriş qadağası 5 il, 360 gündən çox olacağı halda isə 10 il olacaq. Konstantin Romodanovskinin sözlərinə görə, qanunu pozduğuna görə 1 milyon əcnəbinin Rusiyaya girişi 10 il ərzində qadağan oluna bilər.
“Bizim informasiya sistemimiz göstərir ki, Rusiya ərazisində hazırda qanuni yaşama müddətini, yəni 90 günü keçən 3 milyon xarici vətəndaş var. Bu şəxslər Federal Miqrasiya Xidmətinə müraciət etməyi lazım bilmədilər. Hesab edirlər ki, burada sakitcə yaşayacaq və cəzasız qalacaqlar. Ehtimal ki, əlavə vaxt qazanmaq istəyirlər. Ancaq Federal Miqrasiya Xidmətinin informasiya sistemi onları adbaad tanıyır. Onların əksəriyyət MDB ölkələrinin vətəndaşlarıdır”, - Romodanovski deyib.
Onun sözlərinə görə, 734 mindən çox əcnəbi 270 gün çox qalma müddətini pozmaqla Rusiya ərazisindədir. Daha 1 milyon 28 min xarici vətəndaş isə 360 gündən çoxdur ki, Rusiyada qanunsuz yaşayır.
Konstantin Romodanovski bildirib ki, Federal Miqrasiya Xidməti 2015-ci ilin əvvəlində Rusiyaya miqrant axınının 70 faiz azaldığını qeydə alıb. Azalma ilk növbədə Orta Asiyadan gələnlərin sayında müşahidə edilir.
Ömər Dağlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR