“Anonymous” İŞİD və Əl-Qaidəyə müharibə elan etdi – VİDEO
Bizi izləyin

Dünya

“Anonymous” İŞİD və Əl-Qaidəyə müharibə elan etdi – VİDEO

Məşhur haker qrupu “Anonymous” “Əl-Qaidə” və İŞİD terror təşkilatlarını hədələyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, internet vasitəsilə videomüraciət yayan qrup “Charlie Hebdo” satirik jurnalın redaksiyasına edilən hücumun qısasını alacaqlarına söz verib.

“Bütün terrorçuları sona qədər izləyəcəyimizə və məhv edəcəyimizə söz veririk. Siz günahsız insanları öldürürsünüz, biz onların ölümü üçün qisas alacağıq”, - müraciətdə deyilir.

“Anonymous” həmçinin “qisas kampaniyası” çərçivəsində sözügedən təşkilatların sosial şəbəkələrdəki səhifələrini və onların saytlarını dağıdacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm