Davudoğlu: "Əlində dəlilləri olanlar ortaya qoysun" - VİDEO
Bizi izləyin

Dünya

Davudoğlu: "Əlində dəlilləri olanlar ortaya qoysun" - VİDEO

Türkiyə baş nazir Əhməd Davutoğlu və Almaniya kansleri Angel Merkel Berlində bir araya gəlib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, iki liderin birgə mətbuat konfransında xarici jurnalistin “Türkiyə hökumətinin İŞİD-ə qarşı daha çox tədbir görməsinin lazım olduğunu düşünürsünüzmü” sualına Davudoğlu səsinin tonunu qaldıraraq cavab verib.

Jurnalist Türkiyə baş nazirin diqqətini Fransada bir süpermarketə hücum edən terrorçunun həyat yoldaşı Hayyat Boumeddenin Türkiyədən Suriyaya daxil olmasına diqqət çəkib. Əhməd Davudoğlu cavabında Suriyadakı böhrana görə ən böyük əvəzi Türkiyənin ödədiyini bildirib.

Dünya qaçqınlar tarixində ən böyük qaçqın axınının məhz Türkiyəyə olduğunu vurğulayan Davudoğlu Türkiyədə İraq və Suriyadan qaçmış 2 milyondan çox qaçqının yerləşdirildiyini söyləyib: “Türkiyə həmin sərhədləri açıq saxlayıbsa, bunun terrorçuların keçməsi üçün deyil, atası və anası öldürülən uşaqların, əri öldürülən günahsız qadınların ölkəmizə keçməsi üçün edib. Bəziləri Türkiyəni bunun üçün ittiham edərsə, sabah sərhədləri bağlayarıq və sərhədin o biri tərəfində Suriya rejiminin bombaları altında qətl edilən hər uşağın günahı həmin sərhədləri bağlamağımızı istəyənlərin üzərində qalar. Beynəlxalq cəmiyyət bu məsələni həll etmək məcburiyyətindədir”.

Türkiyəyə qarşı haqsız ittihamlara heç bir halda dözməyəcəklərini qeyd edən Davudoğlu bildirib ki, əlində dəlilləri olanlar onları ortaya qoymalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm