Fransa terrorçu qadını buraxdı - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Fransa terrorçu qadını buraxdı - ŞOK İDDİA

Fransız təhlükəsizlik güclərinin hər yerdə axtardığı terrorçu Hayat Boumeddenin Fransada tutulduğu, sonra isə sərbəst buraxıldığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, terrorçu ox və silah təlimi üçün gəldiyi Kantal bölgəsində saxlanaraq ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Hayat Boumedden Fransada marketə hücum edərək insanları girov götürən Amedi Koulibalinin həyat yoldaşıdır. Boumedden məhz Koulibali ilə birlikdə ötən il Fransanın Kantal bölgəsində olarkən saxlanılıb. O, ifadəsində silahdan istifadə təcrübəsini qazanmaq üçün bölgəyə gəldiyini bildirib və təhlükəsizlik gücləri onu sərbəst buraxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm