Bu ölkənin prezidenti ilk dəfə xarici səfərə çıxır
Bizi izləyin

Dünya

Bu ölkənin prezidenti ilk dəfə xarici səfərə çıxır

Şimali Koreya lideri Kim Yonq Rusiya Prezidenti Vladimir Putinin Qızıl meydan dəvətini qəbul edib.

Axar.az xəbər verir ki, Putin faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə Yonqa dəvət göndərmişdi. Şimali Koreya liderinin də dəvəti qəbul etdiyi açıqlanıb.

Şimali Koreya lideri Kim Yonqun Rusiyaya səfəri xaricə ilk səfər kimi tarixə düşəcək. 2011-ci ildə hakimiyyətə gələn Yonq ilk dəfə bir xarici ölkəyə səfər edəcək.

Şimali Koreya liderinin bu səfərini Kremlin nümayəndəsi Dmitri Peskov da təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm