Dünya
Etiraz faciə ilə bitdi: ABŞ bazasına qarşı aksiyada ölənlər var
Yaponiyanın Okinava prefekturası sahillərində ABŞ hərbi bazasının tikintisinə qarşı keçirilən etiraz aksiyası faciə ilə nəticələnib.
Publika.az xəbər verir ki, bu barədə TASS Yaponiyanın ictimai televiziyası NHK-ya istinadən məlumat yayıb.
Henoko bölgəsi yaxınlığında içərisində təxminən 20 etirazçının olduğu iki qayıq aşıb. Hadisə martın 12-dən etibarən regiondakı güclü fırtına xəbərdarlığı fonunda baş verib.
Xilasetmə xidmətlərinin bildirdiyinə görə, iki nəfər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onların həyatını xilas etmək mümkün olmayıb. Daha on nəfər isə yüngül xəsarətlər alıb.
Hazırda xilasedicilər axtarış əməliyyatını davam etdirir. Bir neçə aksiya iştirakçısının itkin düşdüyü bildirilir.
Hadisə ABŞ dəniz piyadalarına məxsus Futenma aviabazasının köçürülməsi planlaşdırılan ərazidə baş verib. Yaponiya və ABŞ hökumətləri bazanı sıx məskunlaşmış Qinovan şəhərindən Henoko bölgəsinə köçürməyi planlaşdırır. Lakin yerli sakinlər bu qərara uzun illərdir etiraz edir və hərbi bazanın adadan tam çıxarılmasını tələb edirlər.
Qeyd edək ki, Okinava ABŞ-ın Yaponiyadakı hərbi mövcudluğunun əsas mərkəzi sayılır. Məlumata görə, ölkədə yerləşən Amerika hərbi obyektlərinin təxminən 75 faizi məhz bu adada yerləşir.
Adəm
-
Sosial12:08Üç övladı olan valideynləri sevindirəcək xəbər
-
Nida Xəbər 11:26Hərbi xidmətə getməyənlərin NƏZƏRİNƏ: Qaydalar sərtləşdirilir
-
Dünya10:46Ukrayna İranın hücum etdiyi ölkələrə kömək göndərdi: Görün əvəzində nə istəyir
-
İdman10:35Sevgilisi "Real"ın ulduzuna xəyanət edib? - Özünüzü qoruyun - FOTO
-
Elm və təhsil10:29Qəbul imtahanlarının tarixi açıqlandı
-
ABŞ10:04Tramp əlacsız durumdadır: Hörmüzə görə Çindən kömək istədi
-
Nida Xəbər 09:34Partlayış səsləri gələcək - MN
-
Avropa08:49Universitetdə epidemiya panikası: Ölənlər var - 30 min nəfərə xəbərdarlıq edildi




















.jpg)













