Nida Təhlil
ABŞ-dan sensasion şərh: Azərbaycan İranı belə xilas edə bilər
“The National İnterest” nəşri “Azərbaycan İran müharibəsinə necə baxır” sərlövhəli məqalə yayımlayıb.
Publika.az xəbər verir ki, məqalədə İran müharibəsi və regionda baş verənlərdən bəhs olunur.
İranın Naxçıvana dron hücumunun vurğulandığı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sərt mövqe sərgilədiyi qeyd olunur.
“Azərbaycan Prezidenti Tehrandan üzr istəməyi və günahkarların cəzalandırılmasını tələb etdi. Rədd edəcəyi təqdirdə “dəmir yumruq”la cavab veriləcəyini bəyan edərək, orduya “cavab tədbirləri” hazırlamaq əmrini verdi. Ağ Ev dərhal hücumları pisləyərək, bəyan etdi ki, “regiondakı tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ tərəfdaşlarına qətiyyətli dəstək verəcək”. Bu açıqlamada açar söz tərəfdaşdır. İllərdir Vaşinqton Bakı haqqında danışarkən bu cür ifadələrdən çəkinirdi. Bu dəyişiklik təsadüfi deyil. ABŞ Mərkəzi Asiyadan Qafqaza qədər yeni bir strateji xəritə hazırlayır və Azərbaycan bunun mərkəzində yerləşir”, - məqalədə bildirilir.
Nəşr yazır ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir: “Avropanı Şərqi Asiya ilə birləşdirən Moskva və ya Tehranın nəzarətindən kənar istənilən quru yolu Cənubi Qafqazdan – Azərbaycan ərazisindən keçməlidir. Bir tərəfdən ABŞ və müttəfiqləri, digər tərəfdən Çin, Rusiya və İran arasında strateji rəqabətin gücləndiyi dünyada bu ərazi qalibləri müəyyən edə bilər. Prezident Donald Tramp bu coğrafi reallıqdan istifadə edərək, Azərbaycanın əsas hissəsini Naxçıvan anklavı ilə Türkiyə və Avropaya birləşdirən “Beynəlxalq Sülh və Rifah Marşrutu”nu (TRİPP) elan etdi. Ötən il razılaşdırılan TRİPP enerji ehtiyatlarını, vacib mineralları və kommersiya mallarını həm Rusiya, həm İrandan yan keçən dəhliz vasitəsilə Qərbə daşıyacaq. Bura Mərkəzi Asiyanın enerji resurslarının daşınması imkanları da daxildir və bu, Avropanın Rusiya enerjisindən asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. İranın ötən həftə Bakı-Tbilisi-Ceyhan boru kəmərinə zərbə endirmək cəhdi bu kontekstdə təsadüfi deyildi. Azərbaycanın mərkəz mövqeyi ona müəyyən aktorları həlledici marşrutlardan kənarlaşdırmaq gücü verir. Transxəzər dəhlizi də Rusiyanın Avrasiyanın enerji marşrutları üzərindəki dominantlığını zəiflədəcək və İranı regional tranzit üzərində təsirdən məhrum edəcək”.
Nəşr qeyd edir ki, İranın Naxçıvana hücumu da hazırda regionda formalaşmaqda olan infrastruktur layihəsini sabotaj etmək səylərinin bir hissəsidir: “Rəqibləri ilə iqtisadi və ya texnoloji cəhətdən rəqabət apara bilməyən İran qlobal ticarəti pozmağa çalışır. Naxçıvan regionda gözlənilməz strateji əhəmiyyət qazanıb. Ukraynadakı müharibə səbəbindən şimal marşrutları bağlanıb, cənub istiqamət İran tərəfindən məhdudlaşdırılıb, belə bir vəziyyətdə Avropa və Asiya arasında şərq-qərb aviasiya trafiki birbaşa Naxçıvan və ona bitişik hava məkanı üzərindən keçən dar bir dəhlizə sıxışdırılıb”.
Məqalədə Azərbaycanın strateji çəkisinin tranzit yollarından kənara çıxdığı vurğulanır.
“İranın ən böyük etnik azlığı, bəzi hesablamalara görə, ölkə vətəndaşlarının üçdə birini təşkil edən azərbaycanlılardır. İrandakı bir çox digər azlıqlardan fərqli olaraq, bu icma ölkənin siyasi və iqtisadi həyatına dərindən inteqrsiya olunub. Etnik azərbaycanlılar ruhani idarədə, orduda və bürokratiyada yüksək vəzifələr tuturlar, hətta İranın hazırki dini lideri Müctəba Xamenei də Azərbaycan əsillidir. Onlar kənar bir dövlət qurmaq əvəzinə, İranın idarəetmə strukturlarına daxil olublar. Heç bir qonşu ölkənin İran daxilində Azərbaycan qədər mədəni əlaqələri, coğrafi yaxınlığı və ya siyasi təsiri yoxdur. Əgər İran müharibədən sonra uzunmüddətli siyasi keçid dövrünə girərsə, Bakı şimal bölgələrinin sabitləşdirilməsində, sərhədyanı ticarətin idarə olunmasında və müharibədən sonra ölkənin regional ticarət şəbəkələrinə yenidən qoşulnmasında mühüm rol oynayacaq. Vaşinqtonu “tərəfdaş” sözünü istifadə etməsinin arxasındakı daha dərin məna da məhz budur”, - nəşr yazır.
Asif
-
MDB15:28Dollar kəskin bahalaşdı - Nə baş verir?
-
Elm və təhsil15:02Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
-
İdman14:14İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
-
İqtisadi gündəm14:08Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu
-
Nida Xəbər 13:59Humanitar yük aparan maşınlar sərhədi keçdi - FOTO/VİDEO
-
MDB12:40Rusiya iqtisadiyyatı problemlə üz-üzə - Böhran qaçılmazdır
-
Köşə12:34Açın pərdələri, o gəlir - 153-cü bahar...
-
İdman12:28Futbolda dəhşət: Rəqibinin ayağını sındırdı, kütləvi dava düşdü - FOTO/VİDEO




































