Magazin1
"Rəvanı Allaha həvalə etdim" - VİDEO
Müğənni və aktyor Sərxan Kərəmoğlu qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, o, "Öz aramızda" verilişində çıxış edən müğənni Sərxan Kərəmoğlu həmkarı Rəvan Qarayev barədə sərt fikirlər səsləndirib.
Onun sözlərinə görə, hamamda Rəvan Qarayev və bir neçə dostu ilə birlikdə vaxt keçiriblər. Oradan çıxandan sonra yemək yeməyə getmək planlaşdırılsa da, ayrılmağa yaxın Rəvanın başqa işi çıxdığını və ona taksi çağırmağı təklif etdiyini deyib. Sərxan isə taksini özü çağıracağını bildirib.
Sərxan Kərəmoğlu qeyd edib ki, hamam kompleksinin foyesi olmadığından fevral ayında soyuq havada təxminən 20 dəqiqə taksi gözləməli olub. "Taksi əvvəl 3 dəqiqəyə gələcəyini göstərirdi, amma gecikdi. Onlar isə məni gözləmədilər və yola salmadan getdilər. 22 dərəcə şaxtada qalmağım vəziyyətimi çox ağırlaşdırdı", - deyə o vurğulayıb.
Kərəmoğlu əlavə edib ki, həmin vaxt Sibirdə planlaşdırdığı toy proqramı da xəstəliyi səbəbindən baş tutmayıb və sonradan onun vəziyyəti ilə maraqlanan olmayıb. O, daha sonra həmin tanışla yenidən qarşılaşdığını və ona guya telefon almaq adı ilə kimisə aldatmaq istədiyi barədə sözlər deyildiyini eşitdiyini bildirib.
"Hətta dələduz olsam belə, qonaq çağırdığın insanı yola salmaq lazımdır. Mən bu hadisədən sonra Rəvanı Allaha tapşırdım. Bu, mənə böyük insafsızlıq idi", - deyə sənətçi vurğulayıb.
Daha ətraflı videoda:(Milli.az)
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)






.jpg)





.jpg)












.jpg)


