Nida Təhlil
Azərbaycanın İrana göndərdiyi humanitar yardım: İstinad nöqtəsi olacaq
Prezidentin tapşırığı ilə Azərbaycan İrana humanitar yardım - 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimat göndərib. Yardım Əliyevlə Pezeşkianın telefon danışığından sonra göndərilsə də, Azərbaycan daha öncədən bunu nəzərdə tutmuşdu, İranın Naxçıvana hücumuna görə saxlanılmışdı.
Naxçıvan hücumu ilə bağlı Bakının Tehran qarşısında qaldırdığı tələblərin – hadisənin araşdırılması, günahkarların cəzalandırılması – hələ yerinə yetirilmədiyinə baxmayaraq, Azərbaycanın humanitar yardım göndərməsi iki kontekstdə xüsusilə əhəmyyətlidir.
Birincisi, Bakı Tehrana qarşı müharibənin iştirakçısı yox, İran xalqının yardımçısıdır.
İrana qarşı heç vaxt platforma olmayan Azərbaycan SEPAH-dan qaynaqlanan iddialara rəğmən, bu müharibədə də qonşuluq prinsiplərindən çıxış edir. Humanitar yardımın göndərilməsi ilə bu, praktiki müstəvidə bir daha nümayiş etdirildi.
İkincisi, bu yardım rejimin cənubdakı soydaşlarımız arasında apardığı “Azərbaycan İrana qarşı cəbhədə yer alır” təbliğatına qarşı “qalxan effekti” yaradır və təkcə müharibənin gedişində yox, post-müharibə dövründə də, nəticənin necə olmasından asılı olmayaraq, ciddi istinad nöqtəsi olacaq.
Asif Nərimanlı
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir






































