Trampın apardığı danışıqlar nəticəsiz qaldı
Bizi izləyin

Dünya

Trampın apardığı danışıqlar nəticəsiz qaldı

ABŞ prezidenti Donald Tramp Tehran rəsmiləri ilə danışıqlar apardıqdan sonra İran İsrailə çoxsaylı raket zərbələri endirib.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, raketlər İsrailin bəzi yerlərində, o cümlədən Təl-Əvivdə hava hücumu sistemlərini işə salıb. Hücumlardan biri nəticəsində İsrailin şimalındakı evlər dağıntılar altında qalıb. Ölüm hadisəsi qeydə alınmayıb.

Xatırladaq ki, Tramp bazar ertəsi günü “Truth Social” platformasında yazıb ki, ABŞ və İran Yaxın Şərqdəki hərbi əməliyyatların tam həlli barədə "çox yaxşı və məhsuldar" danışıqlar aparıblar. Nəticədə, o, İranın enerji şəbəkəsinə zərbə endirmək planını beş gün təxirə saldığını bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm