Nida Xəbər
Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu
Milli Şuranın sədri Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub.
Publika.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat paylaşıb.
Cəmil Həsənli qeyd edib ki, “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından onun ölkədən çıxışına qadağa qoyub:
“Bu günlərdə “Routledge” nəşriyyatında (London və Nyu-York) çıxan kitabımın (The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953) may ayının 14-də ABŞ-nin Stanford Universitetində təqdimatı olacaq. Bilirsiniz ki, Stanford yalnız ABŞ-nin deyil, dünyanın ən nüfuzlu elm və təhsil mərkəzləri sırasındadır.
Bu təqdimatla bağlı mən bu ilin may ayının ortalarında Amerikaya getməli idim. Lakin “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından mənim ölkədən çıxışıma qadağa – yəni “el dilində” desək, stop qoyub”.
O bildirib ki, tədbirə onlayn qatılacaq: “Təqdimat onlayn keçiriləcək və mən də sosial media üzərindən tədbirə qatılacağam”.
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI






.jpg)





.jpg)



.webp)
.jpg)


















