Göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğradı - Yeniləndi
Bizi izləyin

Dünya

Göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğradı - Yeniləndi

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğramasından sonra 57-yə yaxın hərbçi xilas edilib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Həlak olanların sayı barədə hələlik dəqiq məlumat yoxdur.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, qəza zamanı təyyarənin göyərtəsində 110-dan çox insanın olduğu bildirilir.

***

Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, ölkənin müdafiə naziri Pedro Sançes bu barədə mətbuatda yayılan xəbərləri təsdiqləyib. O, "X" sosial şəbəkəsində yazıb:

"Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan "Hercules" təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb".

Qeyd edək ki, hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm