Dünya
Rus ordusu Donbasda hücuma keçdi - YENİLƏNİB
Ukrayna ordusu Luqanşine yaşayış məntəqəsində Rusiya Federasiyası qoşunlarının irəliləyişini dayandırıb.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko Kiyevdə brifinqdə bildirib.
O, həmçinin Baxmut şosesində yerləşən 29 cə 31-ci blokbostları uğrunda döyüşlərin davam etdiyini bildirib. “Bütün razılıqların əksinə olara Ukrayna hərbi bölmələri antiterror zonasının şimalında Rusiya Federasiyası Silahlı Qüvvələrinin müntəzəm hərbi birləşmələrinin hücümuna məruz qalıb”, - A.Lısenko deyib.
Donetsk aeroportunda isə Ukraynanın 8 hərbi qulluqçusu separatçılara əsir düşüb. Bu barədə Ukrayna prezidentinin müşaviri, xalq deputatı Yuri Biryukov “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Donetsk aeroportunun müdafiə olunması üçün köməyə gedən hərbçilər qatı dümənə düşərək başqa istiqamətə gedib və separatçılarla qarşılaşıb.
Ömər Dağlı
21:59
Rusiya hərbi qüvvələri Minsk razılaşmasını pozaraq Donbasın şimalında Ukrayna ordusunun mövqelərinə hücuma keçiblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Anti-Terror Əməliyyatının mətbuat katibi Andrey Lısenko təcili verdiyi açıqlamasında deyib.
“Anti-terror qüvvələrinin şimaldakı mövqeləri rus ordusunun hücumuna məruz qalıb”, - Lısenko bildirib.
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
-
Hadisə13 Yanvar 22:58
Şəmsəddin Xanbabayev vəfat etdi
-
İdman13 Yanvar 21:55
Aleks de Souza qovuldu