Ukrayna hərbçiləri aeroportda dağıntılar altında qalıb
Bizi izləyin

Dünya

Ukrayna hərbçiləri aeroportda dağıntılar altında qalıb

Ukraynanın Donetsk aeroportu uğrunda ordu qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, separatçılar aeroportun yeni terminalının damını yenidən partladıblar.

Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə həlak olanların və yaralıların olduğunu açıqlayıb. Nazirlikdən təsdiqləyiblər ki, partlayışdan sonra dağıntıların altında ölən və yaralı hərbçilər qalıb. İdarənin mətbuat katibi Viktoriya Kuşnir hərbçilərin dağıntılar altında qalan döyüşçü yoldaşlarını xilas etmək üçün hər şeyi etməyə çalışdığını bildirib.

O, həmçinin rəqibin daha böyük itkilərə məruz qaldığını deyib. “Bizim döyüşçülərimiz aeroport ərazisində və aerodromun ətrafındakı dayaq məntəqələrində qalmaqda davam edirlər”, - Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm