Kiyevə zərbələr endirildi - Ölənlər və yaralananlar var
Bizi izləyin

Dünya

Kiyevə zərbələr endirildi - Ölənlər və yaralananlar var

Kiyevə zərbələr endirildi - Ölənlər və yaralananlar var

Rusiya ordusu aprelin 16-na keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik raket zərbələri endirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın paytaxta hava hücumu nəticəsində iki nəfər - 12 yaşlı oğlan və 35 yaşlı qadın həlak olub, 10 nəfər yaralanıb. Həkimlər zərərçəkənlərdən altısını xəstəxanaya yerləşdiriblər

Daha sonra Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumatda isə bildirilib ki, Rusiya ordusunun Kiyevə hava hücumu nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm