Dünya
Rusiyadan gələn taxıl qalmaqala səbəb oldu: Ukrayna İsraili ittiham edir
Ukrayna ilə İsrail arasında diplomatik münaqişə Rusiyanın Hayfa limanına taxıl tədarükü fonunda daha da kəskinləşib.
Publika.az xəbər verir ki, hadisəyə Kiyevin mənşəyi ilə bağlı mübahisə etdiyi “Panormitis” gəmisindən buğdanın boşaldılması səbəb olub. Ukrayna tərəfi bunun Rusiyanın işğal etdiyi ərazilərdən gələn taxıl olduğunu düşünür.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu cür çatdırılmaların ikitərəfli münasibətlərə xələl gətirə biləcəyini bildirib. O, həmçinin İsrail səfirinin etiraz notası təqdim etmək üçün çağırıldığını da açıqlayıb.
Kiyev, bu cür daşımalar davam edərsə, mümkün diplomatik və hüquqi tədbirlərlə bağlı xəbərdarlıq edib. Qeyd olunur ki, oxşar bir gəmi əvvəllər Hayfada yükü boşaldıb.
İsrailin xarici işlər naziri Qideon Saar ittihamları rədd edərək dəlillərin azlığını əsas gətirib. O, bu cür məsələlərin ictimai bəyanatlarla deyil, qanuni yolla həll edilməli olduğunu vurğulayıb.
Saar həmçinin qeyd edib ki, Ukraynadan heç bir rəsmi hüquqi yardım sorğusu daxil olmayıb.
Vəziyyət iki ölkənin diplomatları arasında sərt bəyanatlar mübadiləsi fonunda inkişaf edir.
Müəllif: Tural
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO

































