Həbsxanaya basqın edib 29 məhbusu qaçırdılar
Bizi izləyin

Dünya

Həbsxanaya basqın edib 29 məhbusu qaçırdılar

Xəbər verilir ki, Yəməndə silahlı dəstə həbsxana yaxınlığında partlayış törədərək 7 nəfəri öldürmüş və yaranan xaosda 29 məhbusu azad ediblər.Ağır silahlanmış dəstənin azad etdiyi dustaqların bir çoxu terrorçuluq ittihamları ilə məhkum edilənlərdir.

Həbsxanadan qaçırılmış 29 nəfərdən 19-u "əl-Qaidı"yə bağlı qiyamçılar olub.

Rəsmilər bildiriblər ki, qaçanların arasında Yəmən prezidenti Abd Rəbbuh Mansur Hadi və Qərb diplomatlarına sui-qəsd hazırlayanlar da var.Atışma nəticəsində öldürülənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarlıdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm