ABŞ Moskvaya “elçi” göndərir
Bizi izləyin

Dünya

ABŞ Moskvaya “elçi” göndərir

ABŞ dövlət katibi Con Kerri gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, rəsmilərlə danışıqlar aparmaq üçün Ukrayna və Almaniyaya səfər edəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü Cen Psaki açıqlama verib. O bildirib ki, Kerri Kiyevə səfəri zamanl Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.

O cümlədən Kerrinin gələn həftə Moskvaya səfər edə biləcəyi ilə bağlı ehtimallar da irəli sürülüb. Ancaq Dövlət Departamentinin rəsmiləri əlavə dayanacaqların planlaşdırılmadığını deyib.

Xanım Psaki döblət katibinin cənab Lavrovla görüşəcəyini bildirsə də, bu görüşün Münih Təhlükəsizlik Konfransında baş tutacağını deyib. Sözçü Kerri və Lavrovu bir çox məsələləri müzakirə edəcəyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm