Dünya
İsrail Türkiyənin geosiyasi gücü qarşısında çarəsiz qaldı: Alternativ plan hazırlanır
İsrailin “The Times of Israel” nəşrində yayımlanan analitik yazıda Türkiyənin regiondakı geosiyasi mövqeyinə geniş yer verilib.
Publika.az xəbər verir ki, nəşrə görə, Ankara limanlar, hava məkanı və enerji marşrutları üzərindəki təsir imkanları ilə regional və qlobal ticarət, həmçinin logistika proseslərində mühüm rol oynayır.
Məqaləyə əsasən, İsraildə Türkiyədən asılılığı azaltmaq məqsədilə “İstanbul Protokolu” adlı alternativ planın müzakirə olunur. Bu planın əsas məqsədinin idxal-ixrac marşrutları, uçuş xətləri və logistika zəncirlərində Türkiyəyə alternativ yolların yaradılması olduğu qeyd edilib.
Analizdə həmçinin “Mavi Vətən” doktrinasına da toxunularaq, Türkiyənin Şərqi Aralıq dənizindəki mövqeyinin enerji layihələrinə və dəniz nəqliyyatı planlarına təsir etdiyi iddia olunub.
Bununla yanaşı, Avropanın da enerji təchizatı və ticarət marşrutları baxımından Türkiyənin regional mövqeyindən təsirləndiyi, Brüsselin alternativ yollar axtardığı vurğulanıb.
Məqalədə son olaraq, mövcud vəziyyətin Tel-Əviv və Avropa üçün strateji çətinliklər yaratdığı qeyd olunub.
Müəllif: Roza
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO


































