Azərbaycanın şimalında şəriət dövləti? – Kadırovun post-Putin dövrü planı
Bizi izləyin

Dünya

Azərbaycanın şimalında şəriət dövləti? – Kadırovun post-Putin dövrü planı

Rusiyanın tanınmış yazıçısı Boris Akunin prezident Vladimir Putindən sonra ölkəni gözləyəcək problemlərdən danışıb.

Publika.az xəbər verir ki, yazıçı “Facebook” səhifəsində Rusiyanı hiperinflyasiya, Qafqazda separatizm və digər ağır problemlər gözlədiyini yazıb.

“Əlbəttə, Putindən sonrakı proseslərin gedişatı ilk növbədə bu rejimin hələ nə qədər hakimiyyətdə qalacağından asılı olacaq. İkincisi, bu dəyişiklik necə olacaq: qansız və yaxud qanlı? Pis variantda iqtisadi kollaps, hiperinflyasiya və böyük xarici borc qaçılmazdır. Tale Rusiyanın üzünə gülsə, rejim tezliklə və qansız dəyişəcək. Əks halda, Rusiya daha ağır problemlərlə qarşılaşacaq”, - yazıçı deyib.

Boris Akuninin fikrincə, Rusiyanı Putindən sonra aşağıdakı problemlər gözləyir.

1.Aydındır ki, neft-qaz iqtisadiyyatı hətta Qərbin sanksiyaları olmadan belə ölkəni daha saxlamaq gücündə deyil. Başqa modellərin yaradılması üçün isə pul yoxdur. Ötən illərdə ixracatdan əldə olunan böyük gəlirlər boş yerə xərclənib.

2.Rusiya Şərqi Ukrayna böhranından çox çətin çıxacaq. Problem sadəcə separatçılara hərbi, təbliğat və iqtisadi dəstəyin dayandırılması ilə həll olunmayacaq. Donetsk və Luqansk vilayətlərində milyonlarla adi insan yaşayır və ağır vəziyyətdədirlər. Onlar daha dəhşətli vəziyyətə düşəcəklər. Faktiki olaraq silahlı qruplaşmalar heç yerə yox olmayacaq.

3.Krım problemi. Rusiya oğru kimi bu ərazini ələ keçirdi. Krımın geri verilməsi də asan olmayacaq. Axı orada insanlar yaşayırlar, onların da özlərin arzuları və hüquqlar var. Onlara necə demək olar ki, siz artıq bizim deyilsiniz? Yəqin ki, krımlıların iradələri nəzərə alınmaqla bu məsələni Ukrayna ilə birgə həll etmək lazım olacaq.

4.Əlbəttə ki, Ramzan Kadırovla bağlı problem yaranacaq. O, imtiyazlı vəziyyətdən istifadə edərək özünün torpağında çox möhkəmlənib. İndiki fəallığına əsasən demək olar ki, Kadırov artıq Putindən sonrakı dövrə var gücü ilə hazırlaşır. Və görünür, Kadırov Çeçenistan Respublikası ilə məhdudlaşmaq niyyətində deyil. O, bütün Şimali Qafqazı hədəf alır. Sizə Rusiyanın cənub sərhədlərində feodal-şəriət dövlətinin perspektivi görünmürmü? Mənin üçün görünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm