Dünya
Erməni ailəsini məhv edən rus hərbçi “dəli” çıxdı
Bu ilin yanvarın 12-də Ermənistanın Gümrü şəhərində bir erməni ailəsini məhv edən Rusiya hərbçisi Valeri Permyakovla bağlı yeni iddia irəli sürülüb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Valeri Permyakov hərbi xidmətə çağırılmazdan əvvəl ruhi-əsəb dispanserində müalicə alıb.
Məlumata görə, Rusiya hərbçisi ilə bağlı aparılan istintaq çərçivəsində onun hərbi xidmətə çağırıldığı Baley şəhərinin hərbi komissarlığının şöbə müdiri Aleksandr Loqinovski və 21250 saylı hərbi hissəsinin komandiri Yevgeni Soskova qarşı cinayət işi qaldırılıb. Aleksandr Loqinovski isə iddia edir ki, Permyakov bütün kateqoriyaları üzrə hərbi xidmətə yararlı olub.
Amma iddia edilir ki, Valeri Permyakovun psixi problemləri haqqında Çitada yerləşən 21250 saylı hərbi hissədə xəbərdar olublar. O hətta hərbi hissədə psixi müalicə alıb. Məsələ isə ondadır ki, hərbi hissənin komandiri polkovnik Yevgeni Soskov Permyakovun psixi problemlərinin olduğu və xidmət zamanı müalicə aldığı barədə Rusiyanın Gümrüdəki hərbi bazasının rəhbərliyinə məlumat verməyib.
Qeyd edək ki, Valeri Permyakov hazırda Gümrüdəki hərbi bazadadır və Ermənistan əhalisinin sərt etirazlarına baxmayaraq, orada mühakimə edilir.
Ömər Dağlı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO